Ermənistanla sərhəddə yaşayanlara TƏCİLİ XƏBƏR: Paşinyan anklavları açdı və...

Ermənistanla sərhəddə yaşayanlara TƏCİLİ XƏBƏR: Paşinyan anklavları açdı və...
21.08.2026 15:50 Təhlil

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında anklavlarla bağlı məsələnin sülh yolu ilə tənzimlənməsinin vacibliyini bildirib. 

Onun sözlərinə görə, bu proses sərhədyanı ərazilərdə yaşayan insanlar üçün yeni problemlər yaratmamalıdır. Paşinyan qeyd edib ki, razılaşdırılmış delimitasiya prinsiplərinə əsasən Kərki, Bərxudarlu və Yuxarı Əskipara Azərbaycanın əraziləridir. Ermənistan hökumətinin başçısı delimitasiyanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparıldığını vurğulayıb. Sözügedən sənəd keçmiş sovet respublikalarının inzibati sərhədlərini tanıyır.

“Bu məsələ həll edilməlidir, lakin hərbi yolla deyil. Bu, artıq bağlanmış keçmişin səhifəsidir”, – deyə baş nazir bildirib.

"Hərbi yolla deyil" vurğusu İrəvanın bu ərazilərin dəyişdirilməsi (mübadiləsi) variantına ümid etdiyini göstərirmi? 


Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Natiq Miri hələlik bu yöndə konkret prinsip, anlaşmanın mövcud olmadığını bildirib:

“Əsas məsələ odur ki, bu ərazilər Azərbaycan əraziləri olaraq tanınır. Sadəcə, Ermənistanın Azərbaycan ərazisində qalan torpaqları var, yəni Ermənistanın bu yöndə iddiaları var. Bunların da razılaşma əsasında tənzimlənməsinə ehtiyac var.

Bu, müxtəlif yollarla ola bilər: ərazi mübadiləsi, iddialar əsasında mövcud olan torpaqların qarşılıqlı olaraq qaytarılması, müəyyən ərazilərin əvəzinə tamamilə başqa ərazilərdən qismən torpaqlar verilməklə, yaxud müəyyən kompensasiya ödəməklə Azərbaycanın maraqları kontekstində olan ərazilərin qalması məsələsi də gündəmə gələ bilər.

Yəni variantlar müxtəlifdir və düşünürəm ki, bunlar delimitasiya komissiyasının görüşlərində hər səviyyədə müzakirə predmeti olacaq. Ancaq əsas məsələ odur ki, bu məsələni həll etmək üçün konkret reqlament qəbul olunub və təsdiq olunub. Bundan sonra çözüm yolları axtarılacaq ki, bu da tədrici bir prosesdir. Əsas olan odur ki, bunlar sülh çərçivəsində, danışıqlar yolu ilə həyata keçiriləcək”.

Məlumdur ki, Azərbaycan xalqının diqqətində olan Başkənd məsələsi də var. Başkənd Gədəbəy rayonunun dərinliklərində, Azərbaycanın digər 4 anklavı isə Ermənistanın strateji yollarının üzərində yerləşir. Bu məsələ necə öz həllini tapacaq?

Politoloq düşünür ki, hələlik bu məsələdə birmənalı olaraq hansı varianta üstünlük veriləcəyini demək, proqnozlaşdırmaq doğru deyil. Çünki komissiyanın hansı variantlara üstünlük verəcəyi və ya tərəflərin qarşılıqlı olaraq ortaq anlaşmasının hansı yöndə olacağını ekspertlərin müəyyənləşdirməsi doğru deyil:

“Ancaq yenə deyirəm, bəli, Başkənd — Gədəbəyin Başkənd kəndi beynəlxalq hüquq çərçivəsində Ermənistanın ərazisi kimi göstərilir. Eyni zamanda Başkənd Azərbaycan üçün xüsusi önəm daşıyan ərazidir və Ermənistan üçün o qədər də strateji əhəmiyyət daşımaya bilər. Çünki uzun müddətdir ki, Başkənddə heç bir erməni yaşamır. O baxımdan, Başkəndi müəyyən mənada kompensasiya, yəni müəyyən ödənişlər, müəyyən güzəştlər və yaxud da başqa ərazilərlə mübadilə vasitəsi kimi də bu məsələ həll oluna bilər. Ancaq hansı variantlara üstünlük veriləcək, bu, sonranın məsələsidir.

Əsas məsələ ondan ibarətdir ki, problemlərin çözümü ilə bağlı siyasi iradə var və bu çözüm sülh prosesində, danışıqlar yolu ilə həyata keçiriləcək. Tərəflər bunu qarşılıqlı olaraq qəbul ediblər”.

N.Miri digər önəmli məsələ olan Kərkidən də bəhs edib:

“Əhəmiyyətli məsələlərdən biri də Naxçıvanın Kərki kəndidir ki, artıq onun Azərbaycana məxsus olduğu Baş nazir Nikol Paşinyan səviyyəsində də təsdiq olunub. Bu fakt çox önəmlidir və çox keçməz ki, Kərki kəndinin əhalisi öz doğma yurdlarına qovuşar”.

Qiymət Mahir

FOTOLAR

Ermənistanla sərhəddə yaşayanlara TƏCİLİ XƏBƏR: Paşinyan anklavları açdı və... — 1
XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər