Düyməyə basıldı: Vatikan Rusiya-Ukrayna danışıqlarına doğru…

Düyməyə basıldı: Vatikan Rusiya-Ukrayna danışıqlarına doğru…
20.05.2025 14:26 Təhlil

“Xristianlığın mərkəzi olan Vatikan əvvəldən Rusiya-Ukrayna münaqişəsinə ciddi şəkildə müdaxilə etməli, dünya səviyyəsində kompaniya aparmalı və müharibəni dayandırmalı idi”.

Siyasi ekspert Azər Həsrət bunu TodayPress TV-ə danışarkən deyib. 

O münaqişə içində olan hər iki ölkənin xristian ölkəsi olduğunu diqqətə çatdırıb:

“Vatikan Rusiya-Ukrayna münaqişəsində rol oynaya bilərdisə, niyə bu vaxta qədər etməyib? Müharibə artıq 4-cü ildir ki, davam edir. Ən azından Ukrayna da, Rusiya da dünyada xristian ölkələri kimi tanınır. Xristianlığın mərkəzi olan Vatikan əslində əvvəldən buna ciddi şəkildə müdaxilə etməli, dünya səviyyəsində kompaniya aparmalı və müharibəni dayandırmalı idi. Vatikanın təbirincə desək, qardaş qırğınını dayandırmalı idi, amma etmədi”.  

Analitikə görə, ABŞ prezidenti Donald Trampın da danışıqlar üçün Vatikanı işarə etməsi yeni seçilən Roma Papasının amerikalı olmasıdır:

“Tramp “amerikalı Papa gəldi, müharibənin sonlandırılmasına töhfəsini verdi" mesajını vermək istəyir.  Bu, sadəcə siyasi manipulyasiya üçün irəli sürülən təklifdir. İstənilən halda müharibəni dayandıra biləcək iki tərəf var: Rusiya və Ukrayna. Onlar öz aralarında anlaşmadıqca, müzakirə üçün haranın seçilməsinin əhəmiyyəti yoxdur. Əslinə qalanda Vatikandansa, qardaş Türkiyə bu müzakirələr üçün daha uyğun yerdir. Çünki Türkiyə həm Rusiya, həm də Ukraynaya təsir imkanlarına malikdir. Vatikanın isə faktiki olaraq heç bir təsir imkanı yoxdur. Tərəflərdən heç biri Vatikanın sözünə önəm verməyəcək və bu halda da heç nə itirməyəcək. Amma qardaş Türkiyənin vasitəçi olacağı halda nəticə əldə etmək mümkün olacaq. Biz bunu başqa müharibə nümunələrində də görmüşük. Hər halda Türkiyənin vasitəçiliyi daha ağlabatan və faydalıdır”.

Qeyd edək ki, yeni Roma Papası XIV Leo Ukrayna-Rusiya danışıqlarının Vatikanda keçirilməsini təklif edib. Həmçinin ABŞ prezidenti Donald Trampın da sözlərinə görə, Vatikan sülh danışıqları üçün ideal məkan ola bilər.   

Qiymət Mahir

FOTOLAR

Düyməyə basıldı: Vatikan Rusiya-Ukrayna danışıqlarına doğru… — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər