Azərbaycanın bu sahəsini işğal etdilər? - Tehranın Azərbaycandakı gizli ordusu
Türkiyənin xarici işlər naziri Hakan Fidanın “Səudiyyə Ərəbistanına hərbi dəstəyə hazırıq” bəyanatı və bu açıqlamaya sosial şəbəkələrdə verilən reaksiyalar ekspertlər tərəfindən geniş müzakirə olunur.
TodayPress TV xəbər verir ki, hüquqşünas İlqar Altay öz sosial şəbəkə hesabında məsələyə münasibət bildirərək, cəmiyyətdəki bəzi dairələrin və sosial şəbəkələrdə səsləndirilən şərhlərin ziddiyyətli yanaşmasını kəskin tənqid edib.

İlqar Altay qeyd edib ki, Hakan Fidanın bəyanatına yazılan bəzi şərhlər təəccüb doğurur. Onun sözlərinə görə, İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına hücumları fonunda Türkiyənin öz müttəfiqinə dəstək verməsi gözlənilən olduğu halda, bəzi azərbaycanlı istifadəçilərin buna qarşı tənqidi reaksiyaları suallar doğurur.
O, sosial şəbəkə hesabında yazıb:
“İranın dəstəklədiyi husi ərəblər İslamın beşiyi Səudiyyəyə hücuma keçiblər və onun hərbi müttəfiqi Türkiyə XİN ‘Səudiyyəni dəstəkləməyə hazırıq’ deyir. Azərbaycan içində türk əsilli nə qədər şərhçi Türkiyə tərəfə söyüş, qarğış edir, husiləri və onları dəstəkləyən İranı dəstəkləyir! Bu, nə demək, nə mövqedir, nə milli yöndür?”
Ekspert bu cür yanaşmanın illər ərzində həyata keçirilən ideoloji təsirlərin nəticəsi olduğunu vurğulayıb:
“Türkiyə xalqı bunu bilsə, nə deyər? Bu qədərmi bu illərdə bizim Azərbaycan türkünün, gənclərin beyniləri yuyulub, ruhları İrana uçub, cismləri qalıb yalnız bu ölkədə? Şərhlərə baxırsan, sanki İrandasan, Qumdasan, heç belə çəkinmirlər də! Sanki Tehran duyğuları basır, buradakı sistemli şəbəkələri xorla, istiqamətli hərəkətləndirirlər.”
Sonda İlqar Altay bu təhlükəyə qarşı dövlət səviyyəsində adekvat addımların atılmasının və təsir imkanlarının formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb:
“Təəccüb qalırsan, yəni başqa dövlətin təsirinə! Bizim dövlətin, ya Türkiyənin də İranın içinə belə təsir, təşkil, şəbəkə, tərəfdaş imkanı varmı? Hara gedir bizim cəmiyyətimiz içindəki bu İran yolçuluğu? Həddi çox aşıblar. Nə edilsin? Dövlət özü baxıb, məsləhət bilsin.”
Qiymət Mahir