Azərbaycan cəmiyyətində İrana olan inamsızlıq artır - RƏY

Azərbaycan cəmiyyətində İrana olan inamsızlıq artır - RƏY
02.10.2026 13:15 Təhlil

“Rezayinin hərəkəti Azərbaycan cəmiyyətində İrana olan inamsızlığı daha da artırır.”

TodayPress TV xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, İranın Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayinin baş nazirin müavini Şahin Mustafayevin əlini qəribə formada sıxması Azərbaycanda haqlı narazılığa səbəb olub. Politoloq hesab edir ki, qarşılama və görüş forması xoşagələn olmayıb.

“Rezayinin görüş zamanı Mustafayevin barmaq uclarını sıxması iki cür yozula bilər: məsafə saxlamaq, soyuqluğunu bildirmək, yaxud özünü, həm də ölkəsini qarşısındakından üstün göstərmək.

Bu davranışın bilərəkdən edilmədiyini düşünmək olardı. Lakin belə görüşlərdə diplomatik etiket həssas məsələdir. Digər tərəfdən, hərəkəti məhz Rezayinin etməsi bunun Azərbaycana qarşı qəsdən edildiyi fikrini ön plana çıxarır". 

O qeyd edib ki, SEPAH-ın keçmiş komandanı olmuş Rezayi İranda sərt xəttin tərəfdarıdır və Azərbaycana qarşı münasibətdə Keşikçilərin qeyri-adekvat mövqeyindən çıxış edir.

"Hərçənd, Rezayinin bu hərəkəti nəticə etibarilə sıfırdır və yalnız Azərbaycan cəmiyyətində İrana olan inamsızlığı daha da artırır”, - analitik əlavə edib. 

Qeyd edək ki, hadisə Şahin Mustafayevin İrana səfəri çərçivəsində Tehranda Möhsün Rezayi ilə görüşü zamanı baş verib. Görüş zamanı Rezayinin Mustafayevin əlini fərqli formada sıxması görüntülərə əks olunub və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Jalə Rövşən 

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər