Avropanın göbəyində şok nəticələr: Müsəlman gənclərin rəqəmləri...

Avropanın göbəyində şok nəticələr: Müsəlman gənclərin rəqəmləri...
23.09.2026 11:50 Təhlil

Avropanın mərkəzində yerləşən Avstriyada, xüsusilə də paytaxt Vyanada son illərdə ciddi sosial və demoqrafik dəyişikliklər baş verir. Son sosial sorğular və rəsmi statistik məlumatlar göstərir ki, ölkədə yaşayan gənc müsəlman miqrantların dünyagörüşü ilə Avstriyanın dünyəvi dövlət prinsipləri arasında ciddi fikir ayrılığı mövcuddur.

Vyananın sifarişi ilə aparılan araşdırmalara əsasən, 14–24 yaş arasında olan müsəlman gənclərin təxminən 41 faizi — yəni yarıya yaxını dini qaydaların, o cümlədən şəriət normalarının Avstriya qanunlarından üstün olduğunu düşünür. Respondentlərin 64 faizi İslam qaydalarının gündəlik həyatın bütün sahələrini müəyyən etməli və ciddi şəkildə yerinə yetirilməli olduğuna inanır. Müsəlman gənclərin 53 faizi hər bir müsəlman qadının ictimai yerlərdə baş örtüyü taxmalı olduğunu düşünür. Təxminən 40 faizi isə bu qaydaların bütün insanlara şamil edilməsinin tərəfdarıdır. Bundan əlavə, bu gənclərin əhəmiyyətli hissəsi İslam dünyasında mövcud olan böhran və problemlərə görə birbaşa Qərb ölkələrini məsul tutur.

Bu göstəricilər yalnız rəqəmlərdən ibarət deyil. Çünki ölkədə demoqrafik vəziyyət də sürətlə dəyişir. “Die Presse” qəzetinin məlumatına görə, hazırda Vyananın dövlət məktəblərində təhsil alan şagirdlərin demək olar ki, yarısı — 49 faizi müsəlmandır. Bu göstərici katolik şagirdlərin payından (17 faiz) və pravoslavların sayından əhəmiyyətli dərəcədə yüksəkdir.

Bütün məlumatlar fonunda ekspertlər və mütəxəssislər mümkün risklərlə bağlı xəbərdarlıq edirlər. Onlar bildirirlər ki, məktəblərdə dəyişən demoqrafik mənzərə və gənclərin bir hissəsində dünyəvi dövlət prinsiplərinə və qanunun aliliyinə zidd yanaşmaların yayılması radikal dini qruplar üçün əlverişli mühit yarada bilər.

Xüsusilə “Müsəlman Qardaşları” kimi siyasi islamçı təşkilatların bu vəziyyətdən istifadə edərək Avstriyada böyüyən gənc müsəlmanları öz ideologiyalarına cəlb etməyə və radikal fikirlərin təsiri altına salmağa çalışa biləcəyi bildirilir.

Qiymət Mahir

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər