Avropada kölgə müharibəsi başladı – Dövlətləri silkələyən kəşfiyyat olaylarının pərdəarxası
Son aylarda Avropada kəşfiyyatla bağlı çox ciddi proseslər baş verməkdədir və sanki bu sahədə, sözün əsl mənasında, İkinci Dünya müharibəsi başlayıb. Söhbət son günlər aktuallaşan Almaniya məsələsi ilə bağlı da deyil. Bütövlükdə qitədə eyni anda casusluq, sabotaj istiqamətində ciddi proseslər yaşanır və bir çox Avropa ölkələrinə məxsus olan gizli informasiyaların sızması faktı ilə üzbəüz qalıblar. Xarici mətbuatda, demək olar ki, hər gün casusluq qalmaqalları ilə bağlı informasiyalar yayılmaqdadır.
İlk olaraq, əlbəttə, 6 oktyabrda Almaniyada baş verən Avqust Hanninq hadisəsi ilə bağlı o, vətənə xəyanət və casusluqda ittiham olunur. İstintaqa görə, 2000-ə yaxın sənəd dövlətdən məxfi olaraq oğurlanıb və hansısa ölkələrə ötürülüb. Bununla bağlı sənədlərin içərisində İranın nüvə proqramı və Rusiya ordusu haqqında məlumatlar var.
İşin maraqlı məqamı bundan ibarətdir ki, istintaq Hamburqda biznesmen olan Kristina Blokun uşaqqaçırma işi ilə başlayıb və onun evində axtarış zamanı məxfi yaddaş qurğusu tapılıb. Bu məsələlərin içərisindən artıq onlar keçmiş alman kəşfiyyat şefinə çıxış əldə ediblər. Və təbii ki, bu hadisənin indi üzə çıxmasının da qəribə bir təsadüflə üst-üstə düşür. Ötən ay Almaniya kəşfiyyatı gizli əməliyyatlar üçün geniş səlahiyyət verən islahat qəbul edib. Əvvəllər BND tədqiqat aparan qurum kimi daha çox önə çıxırdı, amma artıq məlum olur ki, Almaniya, sözün əsl mənasında, kölgə müharibəsinə hazırlaşır.
İkinci böyük cəbhənin Böyük Britaniyada açıldığı bildirilir. MI5 elan elədi ki, məhkəməyə üç sahədə yalan məlumatlar təqdim edib. Söhbət "Agent X" kimi tanınan neonasist şəxsin məlumatlarını qorumaq üçün nə təsdiq, nə də təkzib məsələsi ilə bağlı söylədikləri yalandan gedir. Və hazırda üç hakimin qərarı ilə MI5-in əməkdaşları barədə məhkəmə prosesinə başlanmaq üzrədir, bu, Britaniya tarixində bir ilkdir.
Oktyabrın 2-də MI5 tarixində ilk dəfə casusluqla bağlı xəbərdarlıq elan elədi. Məlumata görə, Çin Ümumi Texnologiya Tədqiqat İnstitutu Britaniya universitetlərində 100-dən çox alimi maliyyələşdirərək süni intellekt, kibertəhlükəsizlik, gizli rabitə və stenoqrafiya sahəsində məlumatları ələ keçirib və birbaşa Çinin Dövlət Təhlükəsizliyi Xidmətinə ötürüb. Britaniyanın təhlükəsizlik naziri Den Carvis bütün universitet rektorlarına məktub göndərib və bildirib ki, Çinlə əməkdaşlığı dərhal dayandırsınlar.
"The Times"ın 7 gün əvvəlki məlumatına görə, Skotland-Yard rus kəşfiyyatı — FSB ilə əlaqəli olduğu iddia edilən telefon sındırma proqramını ifşa edib və istifadəsini dayandırıb.
Üçüncü blokda Şərqi Avropa ölkələri yer alır. Polşa milli prokurorluğunun məlumatına görə, 2025-ci ildə casusluq üzrə 67 cinayət işi açılıb. 2026-cı ildə 40 belə iş əlavə olunub. Ümumilikdə 55 nəfər tutulub. Avropada sabotaj hadisələri 2023-cü illə müqayisədə 3 dəfə artıb və Polşa onun mərkəzində dayanmaqdadır.

Rumıniyada da sentyabrın 8-də Rusiya vətəndaşı NATO bazalarının şəklini çəkərkən ələ keçirildi. Şübhəlinin izinə düşən kəşfiyyat fevral ayından bəri onu izləyib və şifrəli messencerdən istifadə etdiyini aşkar edib.
Almaniya və İspaniyada Ukrayna ordusuna dron texnologiyası satan şirkətləri izləyən rumın-ukraynalı cütlüyü həbs edilib. Fransada DGSE-nin keçmiş əməkdaşlarının 10 il ərzində kitab yazmazdan əvvəl hökumətdən icazə almasını tələb edən qanun müzakirəyə çıxarılıb.
Avropa hara gedir? Analitiklərin ortaq qənaətinə görə, Avropa liderləri hibrid müharibəyə başlayıblar. Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, Avropaya qarşı hibrid müharibənin başlanğıcındayıq. Dronlar, karqolara yerləşdirilmiş partlayıcı bağlamalar, dəmir yollarında baş verən yanğınlar birbaşa hibrid müharibənin elementləridir.

İkinci məqsədin Ukraynaya dəstək göstərən ölkələrin cəzalandırılması olduğu düşünülür. Demək olar ki, bütün son kəşfiyyat əməliyyatlarının hamısında eyni proseslər baş verir və məqsədin eyni olduğu üzə çıxır: dron istehsalçılarının ifşa olunması, logistika mərkəzlərinin ortaya çıxarılması, "Antonov" təyyarələrinin şəklini çəkib Rusiyaya ötürülməsi. Hökumətə casusluğun artıq kifayət qədər gəlir gətirən və özəl sektorda — özəl sektorun əlində bir qazanc mənbəyi olduğu görünür.
Almaniya kəşfiyyatını, Britaniya öz kəşfiyyatını gücləndirmə mərhələsinə keçiblər. ABŞ Qafqazda "TRIPP" layihəsinə görə nəzarəti ələ keçirməyə çalışır və o da Qafqaz istiqamətində, xüsusən Gürcüstan və Ermənistan üzərində olduqca böyük kəşfiyyat xidmətləri qurmaqdadır.

Əziz Əlibəyli
beynəlxalq məsələlər üzrə ekspert