Xərçəngin müalicəsi tapıldı - Həkim AÇIQLADI
Sağlamlıq
08.04.2026 11:51
Rusiyada hazırlanan xərçəng peyvəndləri ilə müalicə artıq icbari tibbi sığorta çərçivəsində pulsuz təmin ediləcək. Bu peyvəndlər əsasən fərdiləşdirilir və immun sistemini şişlərlə mübarizə aparmağa öyrətmək məqsədilə hər bir xəstəyə uyğun şəkildə hazırlanır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla TodayPress TV-yə Azərbaycanda belə bir imkanın olub-olmaması və yerli istehsala güvənmək məsələsinə aydınlıq gətirib.

O vurğulayıb ki, xərçəng peyvəndi anlayışı bir qədər mücərrəddir. Çünki xərçəngin toxuma növündən, inkişaf dərəcəsindən və formasından asılı olaraq təxminən 2000-ə yaxın müxtəlif növü mövcuddur:
"Bunların arasında çox aqressiv formalarla yanaşı, proqnozu nisbətən yaxşı olan və ya əksinə, çox ağır gedişli növlər də var.“Bu, bakteriya və ya virus infeksiyası deyil. Ona görə də bir peyvəndin bütün xərçəng növlərinə qarşı universal həll olması gözlənilməzdir".
Həkimin sözlərinə görə, belə peyvənd immun sistemini müəyyən qədər aktivləşdirə və orqanizmdə müsbət şərait yarada bilər. Lakin bundan möcüzə gözləmək doğru deyil:
Professor hesab edir ki, profilaktik tədbirlər, xüsusilə skrinq və dispanserizasiya müayinələri icbari sığorta çərçivəsində mütləq yer almalıdır:
"Bu cür yeniliklərin ölkəmizdə tətbiqi həm də böyük maliyyə yükü deməkdir. Baxaq görək Rusiyada proses necə nəticələnir. Biz bunu tətbiq etmək üçün həmin dərmanı başqa ölkədən almalıyıq, bu isə az məsrəf və xərc deyil".
Türkan İsgəndərli
tag: Adil Qeybulla,Professor,Xərçəng,Müalicə,Todaypress.tv,
