Ürək xəstəlikləri ilə bağlı qəfil ölümün səbəbləri: Risk qrupunda kimlər var?

Sağlamlıq

01.05.2026 08:00

Ürəyin işemik xəstəliyinin ən böyük təhlükələrindən biri onun uzun müddət heç bir simptom göstərmədən inkişaf etməsidir.

TodayPress TV xəbər verir ki, bu barədə rusiyalı kardioloq Yuri Lopatin "RIA Novosti"yə verdiyi müsahibədə bildirib.

Həkimin sözlərinə görə, məhz bu xüsusiyyətinə görə işemik xəstəlik ürək problemləri ilə bağlı baş verən qəfil ölümlərin əsas səbəblərindən biridir:

"Yüksək risk qrupuna infarkt, ürək çatışmazlığı, eləcə də ağır aritmiya keçirmiş xəstələr daxildir".

Mütəxəssis qeyd edib ki, artıq çəki, arterial hipertenziya (yüksək qan təzyiqi), yüksək xolesterin, siqaret istifadəsi, hərəkətsiz həyat tərzi və stres də xəstəliyin inkişafı üçün ciddi risk faktorlarıdır.

Qəfil ölüm riski ilə bağlı digər vacib amil isə genetikadır. Belə ki, yaxın qohumlarda ürək-damar xəstəliklərinin erkən aşkarlanması və ya ailədə bu səbəbdən qəfil ölüm hallarının olması ciddi xəbərdarlıqdır və bu halda insanlar mütləq müayinədən keçməlidirlər.

TodayPress TV

tag: Ürək,Sağlamlıq,İnfarkt,Təzyiq,Todaypress.tv,