Səhiyyədə idarəçilik problemi: Həkimlər niyə rəhbər postlara gətirilir?
Sağlamlıq
23.04.2026 14:11
Azərbaycanda müzakirə mövzularından biri də ixtisaslaşmanın olmamasıdır. Bunlardan biri də həkimlərin idarəçilik vəzifələrinə gətirilməsidir.
Bəs niyə tibbi bilik tələb etməyən idarəçilik vəzifələrinə ixtisaslaşmış menecerlər deyil, həkimlər üstün tutulur?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, istənilən halda müalicə işlərinə həkim rəhbərlik etməlidir:
![]()
"Menecer olsa da, müalicə işinə həkim baxmalıdır. Amma digər tərəfdən də burada bir məsələ var. Bu, təkcə menecer, təkcə peşəkar həkim məsələsi deyil, həm də vicdan məsələsidir. Əgər bu adamlar, kimliyindən asılı olmayaraq, peşəkar həkimdir və ya qeyri-peşəkardır, bundan asılı olmayaraq".
Həkim vurğulayıb ki, əgər bu cür faktlara, neqativ hallara yol verirsə, bu artıq onun öz məsuliyyətidir.
Qeyd edək ki, son günlər TƏBİB sistemində bir neçə kadr dəyişikliyi baş verib. Məlumatlara görə, “Yeni Klinika”nın direktoru Barat Yusubov vəzifəsindən azad edilib. Eyni dövrdə Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov da işdən çıxarılıb.
Bununla yanaşı, Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova vəzifəsindən azad edilib.
Türkan İsgəndərli
tag: Adil Qeybulla,Professor,Həkim,Azərbaycan,Todaypress.tv,
