"Retro" pəhrizlə 60 kq arıqladılar
Sağlamlıq
11.04.2026 19:30
İki dost 1980-ci illərdən qalma sadə “retro” pəhriz sayəsində 60 kiloqramdan çox çəki itirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Gazeta.ru"da məqalə dərc olunub.
Belə ki, Böyük Britaniyada 35 yaşlı Loren Nayt və 34 yaşlı Abbi Loc uşaqlıqdan bəri artıq çəki problemi ilə mübarizə aparıblar.
Naytın çəkisi təxminən 225 funt, Locun çəkisi isə 210 funt olub. Hər iki qadın övlad sahibi olduqdan sonra həyat tərzini dəyişmək və arıqlamaq qərarına gəliblər.
Nayt internetdə “1:1 Pəhriz” adlı arıqlama proqramı ilə tanış olub. Bu proqramın ilkin mərhələsində adi qida smuzi, dənli məhsullar və şorbalarla əvəz olunur. O, proqramı sınaqdan keçirməyə qərar verib və altı ay ərzində ciddi şəkildə əməl edərək təxminən 88 funt arıqlayıb. Abbi Loc isə daha sonra onun təcrübəsindən ilhamlanaraq proqramı izləyib və dörd ay ərzində təxminən 55 funt çəki itirib.
Hazırda hər iki qadının çəkisi təxminən 145 funta düşüb. Onlar artıq ciddi pəhriz saxlamadıqlarını və kalori hesablamadıqlarını bildirirlər. Nayt gizli şəkildə şokolad yemək vərdişini tərgidib, Loc isə qazlı içkiləri su ilə əvəz edib. Onların fikrincə, ən böyük dəyişiklik pəhrizdən çox, düşüncə tərzində baş verib.
Jalə Rövşən
tag: "Retro" pəhriz ,Britaniya ,Çəki , Loren Nayt ,Todaypress.tv,
Süni intellekt MRT müddətini 9 dəqiqəyə endirdi
06.04.2026
Amsterdamdakı Antoni van Leeuwenhoek Xərçəng Mərkəzi süni intellekt tətbiq etməklə MRT müayinə müddətini 23 dəqiqədən 9...
Geriyə doğru yerimək oynaqlar və əzələlər üçün faydalıdır
26.11.2025
Mütəxəssislərin fikrincə, geriyə doğru yerimək oynaqlar üçün daha təhlükəsiz və bədənə fərqli şəkildə təsir edən effekti...
İnfraqırmızı üsul xərçəng diaqnostikasında biopsiyanı qabaqladı
07.09.2025
Nigeriyanın Bouen Universitetinin alimləri sübut ediblər ki, infraqırmızı spektroskopiya xərçəngli və xoşxassəli şişləri...
Soyuq havada sağlam dərinin sirri
09.02.2026
Sərt soyuq və qapalı məkanda daha çox vaxt keçirmək dərinin sağlamlığına mənfi təsir göstərir. Todaypress TV "Haber.Türk...
Ötən ay TƏBİB 8 milyona yaxın tibbi xidmət göstərib
25.02.2026
TƏBİB yanvar ayında 7 727 958 tibbi xidmət göstərib.Bu barədə TodayPress TV-yə TƏBİB-dən məlumat verilib.Bildirilib...
Futbolçularda sümük xəstəliyi riski yüksəkdir
22.10.2025
Yeni araşdırmaya görə, peşəkar futbol karyerası zamanı ayaq və ya ayaq biləyi zədəsi alan keçmiş oyunçuların təqaüddən s...
Musiqi aləti çalmaq xroniki ağrıya qarşı mübarizəyə kömək edir
28.09.2025
Danimarka və Almaniyalı alimlər müəyyən ediblər ki, motor bacarıqlarını inkişaf etdirən məşqlər, məsələn, musiqi alətind...
Alimlər yumurtanın ürəyə zərərli olması ilə bağlı mifləri təkzib etdilər
25.07.2025
Cənubi Avstraliya Universitetinin alimləri yumurtanın ürək sağlamlığına zərərli olması ilə bağlı yayılmış fikirləri elmi...
Ötən ay TƏBİB-in Çağrı Mərkəzinə 12 mindən çox zəng daxil olub
19.03.2026
TƏBİB-in "815" Çağrı Mərkəzinə fevral ayı ərzində ümumilikdə 12 118 zəng daxil olub.Bu barədə TodayPress TV-yə TƏBİB-dən...
Bu şirniyyat ürək sağlamlığına müsbət təsir göstərə bilər
16.02.2026
Tünd şokoladın müntəzəm və ölçülü istehlakı ürək-damar sağlamlığının yaxşılaşması və metabolik risklərin azalması ilə əl...
