Bu dörd məhsul xərçəngin qarşısını alır

Sağlamlıq

27.04.2026 18:45

Pomidor, soya, alma və giləmeyvələr orqanizmin xərçəngə qarşı mübarizə qabiliyyətini gücləndirə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə onkoloq Uilyam Li  "Daily Mirror" qəzetinə bildirib. 

Li izah edib ki, mikroskopik xərçəng hüceyrələri insan orqanizmində daim yaranır, lakin sağlam immun sistemi onları vaxtında məhv etdiyi üçün adətən təhlükə yaratmır. Lakin immunitet zəiflədikdə və ya xroniki iltihab yarandıqda — məsələn, siqaret çəkmə və ya uzun müddət günəş şüalarına məruz qalma nəticəsində — risk artır.

Həkim vurğulayıb ki, heç bir qida xərçəngin qarşısını tam şəkildə ala bilməz. “Qida xərçəngdən birbaşa qorumur, lakin orqanizmin xərçəng hüceyrələri və iltihabla mübarizə qabiliyyətini gücləndirir”, — deyə o qeyd edib.

Onun sözlərinə görə, soya, pomidor, alma və giləmeyvələr yüksək miqdarda vitaminlər, polifenollar və antioksidantlarla zəngindir. Bu maddələr isə sağlam immun sisteminin fəaliyyətində mühüm rol oynayır.

Jalə Rövşən 

TodayPress TV

tag: Pomidor, soya,alma .,Xərçəng ,Todaypress.tv,