Balıq yağının beyin üçün riskləri ola bilər
Sağlamlıq
28.04.2026 19:30
Cənubi Kaliforniya Universiteti Tibb Mərkəzinin tədqiqatçıları balıq yağı əlavələrinin travmatik beyin zədəsindən sonra beynin bərpasına mənfi təsir göstərə biləcəyini müəyyən ediblər.
TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri “Cell Reports” jurnalında dərc olunub.
Alimlər xüsusilə "omeqa-3" yağ turşularının təsirini araşdırıblar. Bu maddələr adətən ürək, sinir sistemi və göz sağlamlığı üçün faydalı hesab olunur və iltihab əleyhinə xüsusiyyətləri ilə tanınır. Lakin yeni araşdırma onların beyin zədəsi zamanı fərqli təsir göstərə biləcəyini ortaya qoyub.
Tədqiqat nəticələrinə görə, balıq yağında olan eikosapentaen turşusu bərpa proseslərini poza bilər. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, uzunmüddətli qəbul yüngül təkrarlanan baş zədələrindən sonra koqnitiv funksiyaların zəifləməsinə və beyin toxumasında dəyişikliklərə səbəb ola bilər.
Eyni zamanda, insan beyin hüceyrələri üzərində aparılan əlavə analizlər də damar funksiyası və lipid metabolizmasında dəyişiklikləri təsdiqləyib.
Alimlər bildirirlər ki, "omeqa-3" yağ turşuları ümumilikdə zərərli deyil, lakin beyin travmalarından sonra onların təsiri fərqli ola və bərpa prosesini dəyişdirə bilər.
Türkan İsgəndərli
tag: Beyin,Balıq yağı,Zədə,Omeqa-3,Todaypress.tv,
