Ayrılıqdan sonra özünü necə tez toparlamaq olar?
Sağlamlıq
16.04.2026 18:30
Kanadalı psixoloqların fikrincə, insanların ayrılma tərzi onların sonrakı emosional vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.
TodayPress TV xəbər verir ki, bu barədə ".Gazeta.ru"da araşdırma məqaləsi dərc olunub.
Araşdırma Ottava Universitetinin tədqiqatçıları tərəfindən aparılıb və ayrılıq yaşamış 362 nəfər iştirak edib. İştirakçılar öz emosional vəziyyətlərini, həmçinin ayrılıq söhbətinin necə keçdiyini qiymətləndiriblər.
Məlum olub ki, əsas rolu “muxtariyyət dəstəyi” adlanan ünsiyyət tərzi oynayır. Bu yanaşmada insan ayrılığın səbəblərini təzyiq göstərmədən izah edir, partnyorunun hisslərini nəzərə alır və baş verənləri anlaması üçün ona vaxt verir.
“Tərəflərdən biri ayrılığı təşəbbüs etdikdə səbəbləri dürüst şəkildə izah edir və qarşı tərəfi dinləyirsə, hər iki tərəfin irəliləməsi daha asan olur”, – deyə tədqiqatın aparıcı müəllifi Erin MakKlanq bildirib.
Tədqiqat həmçinin mühüm bir məqamı üzə çıxarıb: hörmətli şəkildə ayrılmaq ağrını azaltmır. Narahatlıq, depressiya və digər mənfi emosiyaların səviyyəsi təxminən eyni qalır. Bununla belə, insanlar çox vaxt daha müsbət baxış bucağını və daxili enerji hissini qoruyub saxlaya bilirlər.
Tədqiqatın həmmüəllifi Serena Korsini-Munt qeyd edib ki, “Bu, ayrılığı daha az ağrılı etmir, lakin "niyə?" sualına ilişib qalmadan özünü toparlamağa və daha tez irəliləməyə kömək edir”.
Ayrılıqdan sonrakı rifaha təsir edən digər amil isə keçmiş partnyorla davamlı ünsiyyətdir. Əlaqəni saxlayan iştirakçılarda narahatlıq və depressiv simptomların yaranma ehtimalı daha yüksək olub.
Müəlliflər vurğulayırlar ki, nəticələr birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Tədqiqat iştirakçıların xatirələrinə əsaslanır və bütün mümkün amilləri əhatə etmir. Buna baxmayaraq, araşdırma göstərir ki, hətta ayrılıq anındakı ünsiyyət tərzi belə insanın bu təcrübə ilə necə mübarizə aparmasında mühüm rol oynayır.
Jalə Rövşən
tag: Psixoloq ,Ayrılıq ,Eşq ,Tədqiqat ,Todaypress.tv,
