Ağıl dişləri ilə bağlı xəbərdarlıq
Sağlamlıq
21.04.2026 19:45
Diş cərrahları və implantoloqların bildirdiyinə görə, ağıl dişləri (üçüncü azı dişləri) bir çox hallarda diş əti iltihabı, çürük və hətta kista kimi ağırlaşmalara səbəb ola bilər.
TodayPress TV xəbər verir ki, mütəxəssislərin açıqlamasına əsasən, insanların təxminən 30-40%-də çənədə kifayət qədər yer olmadığı üçün bu dişlər düzgün şəkildə çıxmır və qeyri-normal vəziyyətdə inkişaf edir.
Bu da qonşu dişlərə təzyiq göstərərək onların yerini dəyişə və zədələnməsinə gətirib çıxara bilər.
Bəzi hallarda ağıl dişləri uzun müddət heç bir ağrı və ya əlamət vermədən belə problemlərə səbəb olur. Bu səbəbdən onların profilaktik olaraq çıxarılması məsələsi tez-tez müzakirə edilir.
Həkimlər qeyd edirlər ki, çıxarılma üçün ən uyğun yaş adətən 16-25 arası hesab olunur. Bu dövrdə diş kökləri tam formalaşmadığı üçün əməliyyat daha asan keçir və sağalma prosesi daha sürətli olur.
Qərarın isə hər pasiyent üçün fərdi şəkildə verildiyi bildirilir. Bunun üçün əvvəlcə rentgen və ya 3D müayinə vasitəsilə dişlərin vəziyyəti, mümkün iltihab və kista riski qiymətləndirilir.
Türkan İsgəndərli
tag: Diş,Ağıl,Stomatoloq,Kista,Todaypress.tv,
