67 yaşlı gözəllik müsabiqəsinin qalibi SİRRLƏRİNİ AÇDI
Sağlamlıq
27.04.2026 18:30
Arxangelsk vilayətinin sakini Olqa Yadrixinskaya “Şimal xanımı” gözəllik müsabiqəsinin qalibi olub və gənc qalmağın sirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, o, bu barədə "29.ru" saytına müsahibəsində danışıb.
67 yaşlı qadının sözlərinə görə, gözəlliyinin əsas sirri yaxşı genetikadır. Bununla yanaşı, o, xarici görünüşünə daim diqqət yetirdiyini bildirib. Yadrixinskaya bədən quruluşunu qorumaq üçün səhərlər rəqs edir və üzünü buzla yuyur.
“Şimal xanımı” titulunun sahibi saunanı da gəncliyinin digər vacib sirri kimi qeyd edib: “Saunadan sonra özünü cavanlaşdırıcı alma yemiş kimi hiss edirsən”, — deyə o izah edib.
Yadrixinskaya həmçinin mənəvi gözəlliyin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, insan həmişə başqalarına xeyirxahlıq etməli və daha çox gülümsəməlidir.
Jalə Rövşən
tag: Arxangelsk,Olqa Yadrixinskaya,“Şimal xanımı” gözəllik müsabiqəsi,Gözəllik ,Todaypress.tv,
