“Oazis ulduzu” prostat xərçənginə görə dünya turnesini tərk edir

“Oazis ulduzu” prostat xərçənginə görə dünya turnesini tərk edir
04.10.2025 18:10 Mədəniyyət

“Oazis qrupu”nun gitaristi Arturs prostat xərçəngi müalicəsi haqqında danışıb.

TodayPress TV xəbər verir ki, Oasis qrupunun gitaraçısı Paul Arturs prostat xərçəngindən müalicə almaq üçün qrupun dünya birləşməsi turundan müvəqqəti olaraq ayrılıb. 

Bu barədə 60 yaşlı musiqiçi “İnstaqram” səhifəsində məlumat verib.

Artursun sözlərinə görə, ona 2025-ci ilin əvvəlində prostat xərçəngi diaqnozu qoyulub.

"Yaxşı xəbər odur ki, müalicə həqiqətən yaxşı təsir edir. Bu isə o deməkdir ki, mən bu inanılmaz turda iştirak edə bilərəm. Hazırda müalicənin növbəti mərhələsinə vaxt ayırıram, ona görə də Seul, Tokio, Melburn və Sidneydəki konsertləri qaçıracam", - o deyib.

Arturs noyabrda tura qayıdacağına əmin olduğunu vurğulayıb.

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər