Telefon batareyasının ömrünü necə uzatmaq olar?

Telefon batareyasının ömrünü necə uzatmaq olar?
16.07.2026 05:57 Maraqlı

Mütəxəssislər bildirirlər ki, smartfonların litium-ion batareyaları təxminən 500 şarj dövründən sonra tutumunu itirməyə başlayır. Bu proses adətən istifadədən təxminən 1,5 il sonra daha çox hiss olunur.

TodayPress TV xəbər verir ki, batareyanın ömrünü uzatmaq üçün telefonu daim 100%-ə qədər doldurmamaq, şarj səviyyəsini əsasən 25-85% aralığında saxlamaq tövsiyə edilir. Həmçinin gecə boyu şarjda saxlamaq batareyanın daha tez köhnəlməsinə səbəb ola bilər.

Ekspertlər əlavə olaraq ekran parlaqlığını azaltmağı, lazımsız GPS və tətbiq bildirişlərini söndürməyi, enerjiyə qənaət rejimindən istifadə etməyi məsləhət görürlər.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər