Tramp Rusiya-Ukrayna sülhünün qarşısındakı əsas maneəni AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında sülh sazişlərinin necə ola biləcəyi barədə təsəvvürə malik olduğunu iddia edir.
TodayPress TV xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.
Trampa Vaşinqtonun fikrincə Ukrayna böhranının nizamlanmasına dair ehtimal olunan razılaşmalara nələrin daxil edilməli olduğu barədə sual verilib.
“Bizim sülh haqqında təsəvvürümüz var”, - deyə Amerika lideri cavab verib.
ABŞ lideri növbəti dəfə artıq səkkiz müharibəni nizamladığını bəyan edib və eyni zamanda Ukrayna böhranının nizamlanmasını ən sadə tapşırıq hesab etdiyini etiraf edib.
O, buna Rusiya və Ukrayna rəhbərliyi arasındakı “şəxsi problemlərin” mane olduğunu ehtimal edib:
“Onların arasında ciddi nifrət var və bu, onlara mane olur”.
Aysel Mətləb