Tramp İrana qarşı yeni zərbəni elan etdi – “Çox tezliklə...”
ABŞ İrana məxsus olduğu ehtimal edilən, Natanz yaxınlığında Kolanq Qaz-La dağının altında yerləşən nüvə obyektinə “çox tezliklə” zərbə endirə bilər.
TodayPress TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Biz Kirkaya çox tezliklə zərbə endirə bilərik. Əgər Kirka ətrafında nəsə baş verərsə”, - deyə o vurğulayıb.
Qeyd edək ki, ABŞ-də Kolanq Qaz-La massivini Kirka dağı adlandırırlar. Tramp son həftələrdə bu xarakterli xəbərdarlıqlarla dəfələrlə çıxış edib.
Aysel Mətləb