Trampın İrandan sonrakı PLANI – Yaxın Şərq yenidən qurulur

Trampın İrandan sonrakı PLANI – Yaxın Şərq yenidən qurulur
04.09.2026 23:26 Dünya

ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana qarşı müharibə başa çatdıqdan sonra Yaxın Şərqdə fəaliyyət strategiyası hazırlayır.

TodayPress TV xəbər verir ki, bu barədə mənbələrə istinadən “Axios” portalı məlumat yayıb.

Mənbələrin məlumatına görə, administrasiya İranın qarşısının alınmasına və İsraillə qonşu ölkələr arasında münasibətlərin normallaşdırılmasının genişləndirilməsinə yönəlmiş müharibədən sonrakı strategiya üzərində işləyir.

Portalın qeyd etdiyi kimi, ABŞ Tehranı “cilovlamaq” məqsədilə Vaşinqtonun təminatçı qismində çıxış edəcəyi müttəfiqlərin regional birliyini formalaşdırmağa ümid edir.

Bundan əlavə, Tramp administrasiyası Qəzza zolağındakı münaqişənin nizamlanması planının növbəti mərhələsinə keçmək, həmçinin Suriya ilə İsrail arasında sülh razılaşmalarının əldə olunması və İsraillə Livan arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi imkanlarını nəzərdən keçirir.

Bununla yanaşı, ABŞ İsrail ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşacağına ümid edir.

Portal vurğulayır ki, planın hazırlanması hələ ilkin mərhələdədir. İşlər həm ABŞ-nin ali siyasi rəhbərliyi, həm də bir sıra hökumət qurumlarının texniki səviyyəsində aparılır.

Aysel Mətləb

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər