Maşının kapotunu açdılar, "gizli sərnişin" üzə çıxdı
Texasda pişik balası avtomobilin kapotunun altında gizlənərək 80 kilometr yol gedib və sağ qalıb.
TodayPress TV xəbər verir ki, bu barədə “UPI” məlumat yayıb.
Tibb mərkəzinin əməkdaşı səhər saatlarında Rokspprinqs şəhərindən Kerrvillə işə yollanıb. Xəstəxananın yaxınlığında avtomobili park etdikdən sonra mühərrik bölməsindən qəribə səs eşidib və orada pişik balası olduğunu görüb.
Məlum olub ki, heyvan avtomobil yola çıxmazdan əvvəl onun içərisinə girib və magistral yolda bütün yolu hansısa şəkildə keçə bilib.
Pişik balasını çıxarmaq üçün xəstəxana əməkdaşları avtomobilin ön barmaqlığını söküblər.
Aysel Mətləb