“Fələstin xalqı mövcud deyil, xarabalıqlar olacaq!” - İsrail rəsmisi

“Fələstin xalqı mövcud deyil, xarabalıqlar olacaq!” - İsrail rəsmisi
04.09.2026 22:24 Dünya

İsrail Qəzza zolağının təxminən 70 faizinə nəzarət edir.

TodayPress TV-nin xarici mediaya istinadla verdiyi məlumata görə, İsrailin maliyyə naziri Betsalel Smotriç bildirib ki, Qəzzada genişmiqyaslı dağıntılar qalacaq və bunun uzun illər ərzində “qanunsuzluğun abidəsi” kimi qalmasını arzulayır.

“Görünür, orada xarabalıqlar qalacaq. Ümid edirəm ki, hər şey uzun-uzadı illər belə qalacaq. Bu, yəhudi xalqına qarşı çıxmağa və nasistlərin bizə etdiklərini etməyə qərar verən hər kəsə xatırlatma olacaq”, - deyə Smotriç bildirib.

İsrailli nazir çıxışında fələstinlilərin tarixi və milli kimliyini də inkar edən fikirlər səsləndirib. O, “tarixi baxımdan fələstin xalqının mövcud olmadığını” iddia edib.

Smotriç “İlk Fələstin kralı kim olub?”, “Fələstin valyutası necə olub?” və “Fələstin dili varmı?” kimi suallar səsləndirərək “Bunların heç biri yoxdur. Heç bir mədəniyyət yoxdur” deyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər