Paşinyan türk ölkəsinə gedəcək - SƏBƏB
Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabr ayında Türkmənistanda keçiriləcək Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.
TodayPress TV xəbər verir ki, iclasın Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi gözlənilir. 2025-ci ildə Düşənbədə keçirilən MDB sammitində növbəti iclasın 2026-cı ilin oktyabrında Türkmənistanda keçirilməsi barədə qərar qəbul edilmişdi.
Kübra Musayeva