İran ABŞ bazalarına raket zərbələri endirdi - İordaniya müdaxilə etdi
İranın ABŞ-nin İordaniyada yerləşən hərbi obyektlərinə ballistik raketlərlə zərbə endirdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, məlumata görə, hücum zamanı İordaniya hava məkanında raketlər qeydə alınıb. İordaniya tərəfi ölkənin hava hücumundan müdafiə sistemlərinin raketlərin böyük hissəsini zərərsizləşdirdiyini açıqlayıb.
Qeyd edək ki, son günlər İran və ABŞ arasında qarşılıqlı raket zərbələri fonunda İordaniyadakı ABŞ hərbi obyektləri də hədəfə çevrilib.
Kübra Musayeva