Moskva Vaşinqtonla əlaqəni kəsməyib – Zaxarova açıqladı
Rusiya və Birləşmiş Ştatların xüsusi xidmət orqanları kommunikasiya aparırlar.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Komsomolskaya pravda” radiosunun efirində bildirib.
“Rusiya Prezidenti Vladimir Putin dünən vurğulayıb ki, müvafiq idarələr və xüsusi xidmət orqanları xətti ilə kommunikasiya kanalları fəaliyyət göstərir. Bu iş planlı işçi xarakter daşıyır, eskalasiyanın qarşısının alınmasına, həmçinin qarşılıqlı maraq kəsb edən məsələlərin həllinə yönəlib”, - deyə diplomat qeyd edib.
Aysel Mətləb