Süni intellekt milyarderlərin sayını çoxaltdı - REKORD ARTIM

Süni intellekt milyarderlərin sayını çoxaltdı - REKORD ARTIM
05.09.2026 06:10 Dünya

2025-ci ildə dünyada dollar milyarderlərinin sayı 8,2% artaraq rekord səviyyəyə – 3 795 nəfərə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Altrata” analitik şirkətinin məlumat yayıb.

Bu artım son beş ilin ən yüksək göstəricisi olub və bütün dünyada sərvətlərin artmasına səbəb olan süni intellekt bumunun təsiri ilə əlaqələndirilir.

Milyarderlərin ümumi sərvəti də 12,8% artaraq rekord həddə – 15,1 trilyon dollara çatıb. Dünyada sərvəti 50 milyard dollardan çox olan 29 ultra varlı şəxs var. Onların ümumi sərvəti təxminən 4,1 trilyon dollar təşkil edir ki, bu da milyarderlərin ümumi kapitalının 27%-nə bərabərdir.

“Altrata” şirkətinin tədqiqatlar şöbəsinin rəhbəri Maya İmberq bildirib ki, süni intellekt sahəsindəki bum milyarderlərin sərvətləri arasındakı fərqi artırıb. Texnologiya şirkətlərinin səhmlərinin bahalaşması rekord sərvətlərin yaranmasına səbəb olsa da, o, süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərin səhmləri ilə bağlı kapitalın mümkün dəyişkənliyi barədə xəbərdarlıq edib.

Regionlar üzrə Şimali Amerikada milyarderlərin sayı 11,6% artaraq 1 337 nəfərə çatıb ki, bu da bütün regionlar arasında ən sürətli artım tempidir. Avropada milyarderlərin sayı 7,9% artaraq 1 081 nəfər, Asiyada isə 6,5% artaraq 881 nəfər olub.

Aysel Mətləb

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər