İspaniyada istilik rekordu QIRILDI
İspaniyada sentyabr ayının rekord temperaturu qırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə dövlət meteorologiya agentliyi məlumat yayıb.
Qurumun məlumatına görə, sentyabrın 3-də El-Qranado bələdiyyəsində termometrlər +45,7°C göstərib. Havanın temperaturu 2016-cı ildə Montoro bələdiyyəsində qeydə alınmış tarixi sentyabr maksimumuna çatıb. Belə ki, həmin vaxt da termometrlər 45,7°C göstərib.
İyul ayında İspaniya hakimiyyəti anomal isti hava fonunda meşə yanğınları ilə bağlı vəziyyətə görə Madrid muxtar icmasında və Kastiliya və Leon muxtar icmasının Avila əyalətində fövqəladə vəziyyət rejimi elan etmişdi.
Aysel Mətləb