"Ana yorğun və əsəbidirsə..." – Psixoloqdan xəbərdarlıq
Analar tez-tez ilk növbədə öz ehtiyacları barədə deyil, uşaq haqqında düşünməli olduqları qənaətində olurlar, lakin belə həyat tərzi mənfi nəticələrə səbəb ola bilər.
TodayPress TV xəbər verir ki, bu barədə ailə psixoloqu Veronika Axmetova “İzvestiya” qəzetinə danışıb.
Mütəxəssisin sözlərinə görə, bəzi analar istirahəti, tam yuxunu, tək qalmaq istəyini və hətta işi özlərinin xeyrinə yanlış seçim kimi qəbul edirlər.
Psixoloq izah edib ki, daim uşaq haqqında düşünmək əksər hallarda ananın öz narahatlığından qaynaqlanır. Uşağın yanında yaxın və etibarlı bir böyüyə ehtiyacı var, lakin onun emosional inkişafı üçün valideynin daim yanında olması tələb olunmur. Daha mühüm rol ünsiyyətin keyfiyyətinə aiddir.
Bununla yanaşı, ananın vəziyyəti uşağa da təsir edə bilər.
“Uşaqlar anaları yanlarında olduqda onların vəziyyətini çox yaxşı hiss edirlər. Əgər ana gərgin, əsəbi, narahatdırsa və ya məsafəlidirsə, uşaq belə emosional uzaqlaşmanı həmişə hiss edir”.
O xatırladıb ki, əksər hallarda özünü toparlamış və yuxusunu almış ana uşaq üçün yorğun, əsəbi və emosional cəhətdən tükənmiş valideyndən daha faydalı olur.
Aysel Mətləb