"iPhone 18"in Azərbaycandakı satış dəyəri bəlli oldu - “Od” qiymətinə…
Azərbaycanda yeni nəsil "iPhone 18" smartfonlarının ilkin ön sifarişlərinə start verilib.
TodayPress TV xəbər verir ki, yerli bazarda təklif olunan ilkin qiymətlər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Təqdim olunan ön sifariş elanlarına əsasən, yeni "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modellərinin qiyməti yaddaş həcmindən asılı olaraq 6 199 AZN-dən 8 999 AZN-ə qədər dəyişir.
Xüsusilə 8 999 AZN-lik qiymət sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Belə ki, bu məbləğ Azərbaycanda bir çox orta səviyyəli avtomobilin qiyməti ilə müqayisə edilə biləcək həddə çatır.
Aysel Mətləb