Dostluq da "pulla" oldu – Tailandda yeni xidmət dəbə düşdü
Tailandda ödəniş qarşılığında müştəriləri gəzinti, səyahət və müxtəlif tədbirlərdə müşayiət edən “çağırışla dost” xidməti populyarlıq qazanıb.
TodayPress TV xəbər verir ki, bu barədə “The Mainichi” məlumat yayıb.
Belə mütəxəssislər insanları səyahətlərdə müşayiət edə, fotoşəkil çəkməyə kömək edə, onlarla birlikdə kafeyə, idman zalına, alış-verişə, hətta qayaya dırmanmağa gedə bilərlər. Bunlara tələbat subay ailələrin sayının artması, həyat tərzindəki dəyişikliklər və sosial medianın təsiri ilə əlaqələndirilir.
“Euromonitor International” araşdırma şirkətinin məlumatına görə, 2025-ci ildə Tailandda ev təsərrüfatlarının 29,5 faizi bir nəfərdən ibarət olub. Bu göstərici dünyada orta hesabla 21,9 faiz təşkil edib.
Bir çox müştəri bu xidmətlərə tənhalıq səbəbindən deyil, rahatlıq üçün müraciət etdiyini bildirir. Məsələn, Banqkokdan olan bir tələbə tək səyahət etməmək və sosial şəbəkələr üçün keyfiyyətli fotoşəkillər əldə etmək məqsədilə bu xidmətdən istifadə edib.
Aysel Mətləb