Ermənistanın 44 günlük müharibədə itkiləri ilə bağlı YENİ RƏQƏMLƏR

Ermənistanın 44 günlük müharibədə itkiləri ilə bağlı YENİ RƏQƏMLƏR
05.09.2026 01:16 Dünya

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan 44 günlük müharibə zamanı erməni tərəfinin 4 800 nəfər itki verdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, 2020-ci ildə baş vermiş müharibə nəticəsində Ermənistan tərəfinin itkiləri 4 800 nəfər olub. Bu rəqəm əvvəlki rəsmi açıqlamalardan fərqlənir.

Qeyd edək ki, Ermənistan hakimiyyəti daha əvvəl 44 günlük müharibədə 3 833 hərbçi və könüllünün həlak olduğunu bildirmişdi.

Xaçaturyanın yeni açıqlamasından sonra Paşinyan hakimiyyətini dəstəkləyən bəzi erməni mediası prezidentin səsləndirdiyi rəqəmi tənqid edib və rəqəmin rəsmi şəkildə təkzib olunmasını tələb edib.

Məsələ ilə bağlı Ermənistan tərəfindən əlavə açıqlamanın verilib-verilməyəcəyi məlum deyil.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər