İsveçrənin “Patriot” ümidləri puç oldu - Almaniya Ukraynanı seçdi
Almaniya Ukraynaya silah ötürdükdən sonra öz ehtiyatlarını bərpa etmək niyyətində olduğu üçün ilkin olaraq Bernə nəzərdə tutulmuş tədarükdən "Patriot" HHM sistemlərinin elementlərinin bir hissəsini İsveçrəyə verməkdən imtina edib.
TodayPress TV xəbər verir ki, bu barədə İsveçrə Radio və Televiziyasının (SRF) portalı məlumat yayıb.
Məlumata görə, İsveçrə Berlinin özünün "Patriot" HHM sistemləri tədarükündən bəzi komponentləri Bernə təhvil verməsi üçün Almaniya və ABŞ ilə danışıqlar aparıb. Söhbət İsveçrənin hələ 2022-ci ildə etdiyi beş "Patriot" atəş vahidinin tədarükündən gedirdi. Bu sistemlərin birincisi konfederasiyaya artıq 2026-cı ildə, sonuncusu isə 2028-ci ildə çatdırılmalı idi. Lakin Vaşinqton öz sistemlərini Ukraynaya verən ölkələrdən biri kimi bu tədarükü Almaniyanın xeyrinə yönəltmək qərarına gəlib.
Portalın bildirdiyinə görə, iyun ayında İsveçrə Müdafiə Nazirliyində bu tədarükün ən azı bir hissəsinin İsveçrəyə verilməsini Almaniya və ABŞ ilə müzakirə etmək imkanı görüblər. Bern bunu mümkün hesab edirdi, çünki "Patriot" sistemləri Almaniyanın sifariş etdiyi konfiqurasiyaya uyğun gəlmirdi. Lakin İsveçrə Müdafiə Satınalmaları üzrə Federal İdarəsinin rəhbəri Urs Loer təsdiqləyib ki, Berlin və Vaşinqtonla danışıqlar nəticəsiz başa çatıb.
“Almaniya Ukraynaya tədarük edilən sistemləri mümkün qədər tez əvəz etmək istəyir”, – deyə o izah edib.
Hazırda konfederasiyaya "Patriot" sistemlərinin tədarükü 2030-cu illərə qədər təxirə salınır, onların ümumi dəyəri isə ilkin olaraq planlaşdırılan 2 milyard frank ($2,1 milyard) əvəzinə ən azı 3,7 milyard İsveçrə frankına ($3,9 milyard) qədər artır.
Aysel Mətləb