Vaşinqtondan Ər-Riyada böyük hərbi dəstək: Milyardlarla dollarlıq razılaşma

Vaşinqtondan Ər-Riyada böyük hərbi dəstək: Milyardlarla dollarlıq razılaşma
05.09.2026 00:36 Dünya

ABŞ Səudiyyə Ərəbistanı ilə ümumi dəyəri təxminən 5,75 milyard dollar olan iki mümkün müdafiə sazişini təsdiqləyib.

TodayPress TV xəbər verir ki, “Reuters”in məlumatına görə, 5 milyard dollar dəyərində ilk razılaşma Səudiyyə Ərəbistanına uzaqmənzilli JDAM aviasiya bombalarının tədarükünü nəzərdə tutur. Müqavilənin əsas podratçısı “Boeing” olacaq.

750 milyon dollar dəyərində ikinci razılaşma isə AGT-1500 mühərriklərinin tədarükünü əhatə edir. Bu müqavilənin əsas podratçısı “Honeywell” şirkətidir.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər