“Qızlar heç kimdən icazə istəməyəcək!” - Meloni

“Qızlar heç kimdən icazə istəməyəcək!” - Meloni
05.09.2026 02:54 Dünya

İtaliyanın Baş naziri Corcia Meloni ölkədə yalnız italyan qanunlarının qüvvədə olduğunu bildirib.

TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.

O qeyd edib ki, İtaliyada başqa qaydaların tətbiq olunduğu heç bir ərazi yoxdur.

“Ölkədə elə bir şəhərətrafı, rayon və ya küçə yoxdur ki, qız təhsil almaq, istədiyi kimi geyinmək və ya istədiyi şəxsi sevmək üçün icazə almalı olsun”, - Meloni vurğulayıb.

Baş nazir əlavə edib ki, İtaliyada qadınların azadlığı müzakirə mövzusu deyil.

Kübra Musayeva

XƏBƏR LENTİ
05 SENTYABR 2026
Bütün Xəbərlər