"Anthropic"in yeni reklamı mübahisə yaratdı: Süni intellektə etibar etmək olarmı?

"Anthropic"in yeni reklamı mübahisə yaratdı: Süni intellektə etibar etmək olarmı?
15.07.2026 10:48 Maraqlı

Süni intellekt şirkəti "Anthropic"in yayımladığı yeni reklam çarxı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

TodayPress TV xəbər verir ki, reklamda süni intellektin potensial təhlükələri ön plana çıxarılır və "Süni intellektə etibar etmək olarmı?" kimi suallar səsləndirilir.

Çarx yanmış ev, müşahidə kameraları və qəbiristanlıq kimi simvolik görüntülərlə başlayır. "Lazım gəlsə, əyləci kim basacaq?" sualı fonunda yüzlərlə başdaşı göstərilir. Reklamın əsas mesajı isə "Çətin suallarda ümid var" şüarı ilə tamamlanır.

"Anthropic" bildirib ki, insanların süni intellektlə bağlı narahatlıqlarını həll etmək onların əsas məqsədidir. Lakin reklam internet istifadəçiləri tərəfindən tənqid olunub. Bəziləri şirkəti qorxu üzərindən marketinq aparmaqda ittiham edib.

"OpenAI"nin baş direktoru Sem Altman da reklama münasibət bildirərək, "Mən bunun satira olduğunu düşünürdüm", - deyə qeyd edib.

"Anthropic" təhlükəsiz süni intellekt inkişafını prioritet elan etsə də, şirkət son aylarda bəzi qərarlarına görə tənqidlərlə üzləşib. Tənqidçilər bildirirlər ki, şirkətin təhlükəsizliklə bağlı bəyanatları ilə praktik addımları arasında ziddiyyətlər mövcuddur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər