194 yaşlı tısbağa dünya rekorduna imza atdı

194 yaşlı tısbağa dünya rekorduna imza atdı
14.07.2026 07:38 Maraqlı

Seynt-Yelena adasında yaşayan Conatan adlı Əldabra nəhəng tısbağası “Ginnesin Rekordlar Kitabı”na dünyanın ən yaşlı quru heyvanı kimi düşüb.

TodayPress TV xəbər verir ki, təxminən 194 yaşında olan Conatanın 1832-ci ildə Seyşel adalarında doğulduğu ehtimal edilir. O, 1882-ci ildə Seynt-Yelena adasına gətirilib.

Yaşlılığına baxmayaraq, Conatan hələ də aktivdir. Ada sakinləri onu uzun illərdir yerli simvol və adanın ayrılmaz hissəsi hesab edirlər.

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər