Ət bazarında qiymət dalğalanması: Hansı məhsulun qiyməti daha çox artıb?

Ət bazarında qiymət dalğalanması: Hansı məhsulun qiyməti daha çox artıb?
09.09.2026 19:10 İqtisadiyyat

İlin ilk 7 ayı (yanvar-iyul) ərzində Azərbaycanda ət və ət məhsullarının qiymətində ardıcıl artım dinamikası müşahidə olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarında əks olunub.

Rəsmi statistik göstəricilərə əsasən, həm mal, həm qoyun, həm də toyuq ətinin qiymətində yanvar ayı ilə müqayisədə iyul ayında nəzərəçarpacaq bahalaşma qeydə alınıb.

Məhsullar üzrə qiymət dəyişməsi və dinamikası aşağıdakı kimidir:

Sümüklü mal əti (yerli): İlə 16.13 manatla başlayan sümüklü mal ətinin 1 kiloqramının qiyməti fevralda cüzi düşərək 16.11 manat olsa da, iyul ayında 16.48 manata çatıb.

Sümüksüz mal əti (yerli): Yanvar ayında 1 kq-ı 19.66 manat olan sümüksüz mal əti iyul ayında 20.24 manata yüksəlib.

Sümüklü qoyun əti (yerli): Yanvar ayında 18.76 manat teşkil edən qoyun ətinin qiyməti fevral-mart aylarında 18.68 manata enib, lakin apreldən başlayaraq artım meyli göstərərək iyulda 19.07 manata kimi bahalaşıb.

Yerli toyuq əti: Yanvar və fevral aylarında 6.05 manat olan 1 kq yerli toyuq əti artaraq iyul ayında 6.19 manat olub.

İdxal toyuq əti: Yanvarda 6.34 manat olan idxal məhsul fevral-aprel aylarında 6.42 manatadək yüksəlib, mayda 6.28 manata düşsə də, iyul ayında yenidən 6.40 manata qalxıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər