Əvvəllər 5 günə görülən bu iş indi 10 saata endirilib - Sahil Babayev

Əvvəllər 5 günə görülən bu iş indi 10 saata endirilib - Sahil Babayev
22.10.2026 11:54 İqtisadiyyat

Azərbaycanda xəzinə ödənişlərinin müddətinin 2 saata endirilməsi hədəflənir.

TodayPress TV xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.

"Əvvəllər xəzinədən ödənişlərin həyata keçirilməsi üçün ən azı 5 iş günü tələb olunurdusa, hazırda ödənişlər eyni gün ərzində, orta hesabla maksimum 10 saat ərzində həyata keçirilir. Növbəti ildə bu müddətin 2 saata qədər azaldılması hədəflənir. Elektron müqavilə sistemi ilə yanaşı, yeni xəzinə modulu və elektron mühasibat sistemi də tam istifadəyə verilib. Bu sistemlər zənciri dövlət satınalmaları üzrə müqavilənin imzalanmasından ödənişin həyata keçirilməsinə qədər, eləcə də dövlət aktivlərinin reyestrində uçotun aparılmasına qədər bütün prosesləri əhatə edir, dövlət aktivlərinin vahid məlumat bazasının formalaşdırılmasına xidmət edir", - deyə nazir qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər