Yeni dövr başlayır — nağd da, kart da tarixə qovuşur: Ovuc içinizlə ödəniş edəcəksiniz
“SİMA” platformasının müxtəlif xidmət və sahələrə inteqrasiyası istiqamətində yeni layihələr həyata keçiriləcək.
TodayPress TV xəbər verir ki, bu barədə “Qələmdən süni intellektə” adlı media nümayəndələri ilə praktiki görüşdə “SİMA”nın Məhsul və Xidmətlər Şöbəsinin müdiri Tamerlan Məşədihəsənli danışıb.
O bildirib ki, “SİMA”nın rəqəmsal ekosisteminin genişləndirilməsi çərçivəsində bir sıra yeni inteqrasiyaların həyata keçirilməsi planlaşdırılır.
Təqdimata əsasən, gələcəkdə “Palm Pay”də ovuc biometrikası ilə ödəniş, həmçinin “SİMA Pay”in müxtəlif xidmətlərə inteqrasiyasının genişləndirilməsi nəzərdə tutulur.
Bundan əlavə, “SİMA KYC”nin taksi xidmətlərində, “SİMA Access”in isə təhsil müəssisələrində tətbiqinin genişləndirilməsi planlaşdırılır.
Qeyd edək ki, hazırda SİMA Pay vasitəsilə ADY-nin 3 stansiyasında – 28 May, Koroğlu və Sumqayıt stansiyalarında, həmçinin “Grandmart”ın 15 filialında üz biometrikası ilə ödəniş imkanı mövcuddur. Eyni zamanda 4 təhsil müəssisəsində “SİMA Access” tətbiqinə başlanılıb.
Qiymət Mahir