İran Səmərqəndi “özününküləşdirir” - Bu paylaşım qalmaqal yaratdı - FOTO

İran Səmərqəndi “özününküləşdirir” - Bu paylaşım qalmaqal yaratdı - FOTO
25.10.2026 14:14 Dünya

Özbəkistan İranın xaricdəki diplomatik nümayəndəliklərinin Səmərqənd şəhəri ilə bağlı paylaşımlarına etiraz edib.

TodayPress TV xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubionun Özbəkistana səfərindən sonra İranın bir sıra xarici səfirlikləri Səmərqənd şəhərinin və burada yerləşən məşhur Registan meydanının İran-İslam sivilizasiyasına məxsus olduğunu bildirən paylaşımlar yayıblar.

Məlumata görə, bu açıqlamalar Özbəkistanın narazılığına səbəb olub. Rəsmi Daşkənd İran səfirini Xarici İşlər Nazirliyinə çağıraraq etiraz notasını təqdim edib.

Özbəkistan tərəfi sözügedən paylaşımların silinməsini tələb edib.

Kübra Musayeva


XƏBƏR LENTİ
25 OKTYABR 2026
Bütün Xəbərlər