IMEI kodlara rəqəmsal nəzarət: 1,6 milyondan çox qoşulma cəhdi bloklanıb
Azərbaycanda mobil cihazların IMEI kodlarına rəqəmsal nəzarət həyata keçirilir.
TodayPress TV xəbər verir ki, bu barədə “Qələmdən süni intellektə” adlı media nümayəndələri ilə praktiki görüşdə “AzInTelecom” MMC-nin Korporativ Kommunikasiya və İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Amin Nəzərli məlumat verib.
O bildirib ki, saxta IMEI kodları ilə qeydiyyata qarşı sistemli mübarizə aparılır, həmçinin abunəçi hüquqlarının qorunması və mobil rabitə bazarında şəffaflığın təmin olunması istiqamətində işlər görülür.
Amin Nəzərlinin qeyd etdiyi statistikaya əsasən, 79 183 IMEI koda “klon” statusu verilib, 1 631 495 bloklanan qoşulma cəhdi qeydə alınıb.
Qeyd edək ki, mobil cihazın qeydiyyata alınması üçün 30 gün müddət verilir.
Qiymət Mahir