"Hyundai"dan Avropaya böyük hücum: 2030-a qədər 41 yeni model gəlir

"Hyundai"dan Avropaya böyük hücum: 2030-a qədər 41 yeni model gəlir
28.08.2026 08:31 İKT

Cənubi Koreyanın avtomobil nəhəngi "Hyundai" Avropa bazarında böyük genişlənməyə hazırlaşır.

TodayPress TV xəbər verir ki, şirkət 2030-cu ilə qədər Avropada, premium "Genesis" modelləri də daxil olmaqla, 41 yeni və ya yenilənmiş avtomobil təqdim etməyi planlaşdırır.

"Hyundai" yeni modellər sırasında kompakt və orta ölçülü elektrik krossoverləri, eləcə də Avropa bazarı üçün xüsusi hazırlanacaq kommersiya avtomobillərinin olacağını açıqlayıb.

Şirkət Avropada elektrik avtomobillərinin illik satışını da ciddi şəkildə artırmaq istəyir. "Hyundai" 2025-ci ildəki təxminən 116 min elektrik avtomobili satışını 2030-cu ilə qədər 420 mindən yuxarı çıxarmağı hədəfləyir.

Elektrik "hücumu bu ilin sonlarında Avropada satışa çıxarılması gözlənilən "Ioniq 3" modeli ilə başlayacaq. Daha sonra yeni kompakt elektrik krossoverinin təqdimatı planlaşdırılır.

Bununla yanaşı, "Hyundai" daxiliyanma mühərrikli avtomobillərdən də imtina etmir. Yeni "i20" hetçbekinin, eləcə də şirkətin Avropada ən çox satılan modellərindən biri olan "Tucson"un daha böyük varisinin təqdim edilməsi gözlənilir.

Şirkət həmçinin ABŞ-də istehsal ediləcək, daha uzun məsafə qət etməyə imkan verən yeni "Santa Fe" versiyasını Avropaya gətirməyi nəzərdən keçirir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
28 AVQUST 2026
Bütün Xəbərlər