"ChatGPT" çökdü, istifadəçilər “köməksiz” qaldı!

"ChatGPT" çökdü, istifadəçilər “köməksiz” qaldı!
03.09.2026 20:12 İKT

Bir neçə ölkədə istifadəçilər ABŞ-nin “OpenAI” şirkəti tərəfindən hazırlanmış “ChatGPT” çat-botunun işində nasazlıqlardan şikayətlənirlər.

TodayPress TV xəbər verir ki, bu barədə “Downdetector” xidmətinin hesabatında bildirilib.

Məlumata görə, ABŞ-də təxminən 35 min istifadəçi problemlə bağlı məlumat verib. İstifadəçilərin 80%-i saytın fəaliyyətində, 7%-i isə tətbiqin işində fasilələr olduğunu qeyd edib.

Qeyd edək ki, Azərbaycanda da bəzi istifadəçilər platformanın fəaliyyətində nasazlıqlar olduğunu bildirirlər.

Aysel Mətləb

XƏBƏR LENTİ
03 SENTYABR 2026
Bütün Xəbərlər