"Qarabağ" braziliyalı futbolçu transfer edir

"Qarabağ" braziliyalı futbolçu transfer edir
18.06.2025 01:13 İdman

"Qarabağ" heyətini yeni transferlə gücləndirib. 

TodayPress.tv  xəbər verir ki, Ağdam təmsilçisi Dani Boltu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

25 yaşlı braziliyalı sağ cinah müdafiəçisi ilə 3+1 illik müqavilə imzalanıb. O, “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Dani Bolt Portuqaliyanın 2-ci liqa klubu "Torreense"dən transfer olunub. O, başa çatan mövsümdə komandasının heyətində çıxış etdiyi 36 rəsmi matçda 2 qol və 3 assistlə yadda qalıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər