Maliyyə skandalı Mareskanı qorxutmur: "Kluba sonadək inanıram!"
"Mançester Siti"nin baş məşqçisi Entso Mareska sentyabrın sonlarında müstəqil komissiya tərəfindən "şəhərlilər"in maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsi qərarından sonra bu klubun sükanı arxasına keçməyə razı olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.
TodayPress TV jurnalist Ben Ceykobsa istinadən xəbər verir ki, mütəxəssis "Mançester Siti"yə inamını belə ifadə edib:
"100 faiz razı olardım. Mən bu təşkilatı uzun müddətdir tanıyıram. Onların işə nə qədər ciddi yanaşdıqlarını və düzgün addımlar atdıqlarını yaxşı bilirəm. Bu barədə apellyasiya şikayətini qazandıqdan sonra danışmaq istərdim".
Mareska klub rəhbərliyi ilə işə qəbul zamanı bu məsələni müzakirə etmədiyini bildirib:
"Açığı, xeyr. Düşünürəm ki, onlar apellyasiyada qalib gələcəklərinə əmindirlər. Kluba tam etibar edirəm, çünki orada çalışan insanları tanıyıram. Sizi əmin edirəm ki, mən yalnız futbola köklənmişəm. Digər şeylər haqqında düşünmürəm - ilk növbədə ona görə ki, bu məsələlərin çoxundan başım çıxmır. Yalnız idarə edə biləcəyim işlərə, yəni futbol tərəfinə diqqət yetirirəm".
Namiq HUN