Belçika kralı baş nazirin istefasını dördüncü dəfə rədd etdi
Belçika Kralı Filip Baş nazir Bart De Weverin istefasını dördüncü dəfə qəbul etməyib və ondan ölkənin büdcəsi ilə bağlı məsləhətləşmələri davam etdirməsini istəyib.
TodayPress TV xəbər verir ki, bu barədə Kral Sarayının “X” sosial şəbəkəsində yaydığı bəyanatda bildirilib.
“Kral baş nazirdən büdcə danışıqlarını davam etdirməsini istəyib”, – deyə bəyanatda qeyd olunub.
De Weverin noyabrın 30-da yenidən kral qarşısında hesabat verməsi gözlənilir.
Aysel Mətləb