Dünyanın ən böyük hava limanlarından biri uçuşları dayandırdı - Səbəb nədir?

Dünyanın ən böyük hava limanlarından biri uçuşları dayandırdı - Səbəb nədir?
23.11.2026 22:55 Dünya

ABŞ Federal Mülki Aviasiya Administrasiyası (FAA) personal çatışmazlığı ilə əlaqədar Çikaqodakı O'Hare hava limanına uçuşların qəbulunu müvəqqəti dayandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə tənzimləyici qurumun saytında məlumat verilib.

“FAA Çikaqo Hava Hərəkətinin Radar İdarəetmə Mərkəzində (TRACON) personal məhdudiyyətləri səbəbindən Çikaqo O'Hare Beynəlxalq Hava Limanına uçuşları qısa müddətə dayandırır”, – deyə bildirilib.

Qeyd edək ki, O'Hare Beynəlxalq Hava Limanı ABŞ-nin və dünyanın ən böyük və ən çox yüklənən nəqliyyat qovşaqlarından biridir. Hava limanı Çikaqo şəhər mərkəzindən təxminən 27 kilometr şimal-qərbdə yerləşir.

Aysel Mətləb

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər