18 ölkə arasında zirvə bizimdir – Azərbaycan çempion oldu!
“Xüsusi Olimpiya Avropa Badminton Turniri - Bakı 2026”nın bağlanış mərasimi keçirilib.
TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən yarışda 18 ölkənin idmançıları 7 kateqoriya üzrə 24 divizionda mübarizə aparıblar.
Ümumi medal sayına görə Azərbaycan təmsilçiləri birinci yeri tutublar. İdmançılarımız 10 divizionda çıxış edərək 2 qızıl, 3 gümüş və 5 bürünc olmaqla ümumilikdə 10 medal qazanıblar.
Azərbaycan badmintonçularının nəticələri belə olub:
Qadınların qoşa yarışında: Aybəniz Xasməmmədova – Adilə Rəsulova cütü bürünc medal qazanıb.
Qadınların birləşmiş qoşa yarışında: Nigar Kərimova – Həcər Nuriyeva dueti qızıl medala sahib çıxıb.
Kişilərin birləşmiş qoşa yarışında: Yusif Bağırov – Ülvi Hüseynov tandemi gümüş medal əldə edib.
Kişilərin qoşa yarışında: Əli Əsədov – Rafiq Həsənzadə cütü bürünc medalla kifayətlənib.
Qadınların fərdi yarışında: Aybəniz Xasməmmədova qızıl, Adilə Rəsulova isə gümüş medal qazanıb.
Kişilərin fərdi yarışında: Əli Əsədov gümüş, Yusif Bağırov, Rafiq Həsənzadə və Ülvi Musayev isə bürünc medala sahib olublar.
Namiq HUN