İran neftini kimlər "yeyib"? - ABŞ-dən yeni sanksiya dalğası

İran neftini kimlər "yeyib"? - ABŞ-dən yeni sanksiya dalğası
23.11.2026 23:34 Dünya

ABŞ Maliyyə Nazirliyi İranla bağlı onlarla təşkilat və fiziki şəxsi əhatə edən yeni sanksiyalar paketi tətbiq edib.

TodayPress TV xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.

Məhdudiyyətlər Vaşinqtonun İran rejiminin “neft üzrə etibarlı şəxsləri” adlandırdığı şəxslərə şamil olunub. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, bu şəxslər İran neftinin xaricdə satışından əldə olunan gəlirlərin toplanmasına cavabdeh olublar. Lakin bəzi hallarda vəsaitlərin bir hissəsini mənimsəyiblər.

Sanksiya siyahısına İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş kəşfiyyat zabiti Məhəmməd Cavad Bavand da daxil edilib. İddialara görə, o, Tehranın üçüncü ölkələrdə yerləşdirilmiş neft gəlirlərinin geri qaytarılması üzrə səyləri əlaqələndirib.

Məhdudiyyətlər İran Futbol Federasiyasının prezidenti Mehdi Tacın qardaşı Məcid Taca da şamil olunub. Bundan əlavə, siyahıda İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalının oğlu Məhəmmədhüseyn Sərvəti də yer alıb. O, İran neftini Çindəki neft emalı zavodlarına çatdırmaq üçün qəbul edən vasitəçi şirkətlərdə rəhbər vəzifələr tutub.

Aysel Mətləb

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər