Ayzenkot hərbi əməliyyata qarşı çıxdı - Netanyahunun planı pozulur?

Ayzenkot hərbi əməliyyata qarşı çıxdı - Netanyahunun planı pozulur?
23.11.2026 19:57 Dünya

İsrail müxalifətinin və “Yaşar” partiyasının lideri Qadi Ayzenkot İranın hazırda İsrail üçün qaçılmaz təhlükə yaratdığını düşünmür.

TodayPress TV xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Nəşr yazır ki, Ayzenkot hazırda İsrailin hökumətin formalaşdırılmasına başlanılana qədər hərbi əməliyyatlara başlamasını tələb edən qaçılmaz İran təhlükəsi görmədiyini bildirib.

Onun sözlərinə görə, İsrail bunun əvəzinə zənginləşdirilmiş İran uranı ilə bağlı vəziyyətə diqqət yetirməlidir. Həmin uran “hələ də məhv edilməyib və ya ölkədən çıxarılmayıb”.

Hökumətin formalaşdırılması məsələsinə toxunan Ayzenkot “siyasi razılaşmalar naminə deyil, həqiqi birlik naminə” çalışmaq lazım olduğunu bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər